Çində dünyada ən hündür tikili olacaq yeni binanın inşasına başlanılıb. Çinlilərin arxitektura rekordları binaların hündürlüyü ilə bitmir. Çinlilər bütövlükdə Avropa şəhərlərinin və dünyanın əsas diqqətəlayiq abidələrinin sürətini çıxardırlar.
Dizayner çantaların və mobil telefonların eynisinin sürətinin Çində istehsal edilməsi artıq heç kimi təəccübləndirmur. Əksəriyyət bu məhsullardan istifadə edir və keyfiyyətindən də narazı deyil. Çinlilərin istənilən məhsulu təkrarlamaqda tayı-bərabərləri yoxdur. Dünyada o qədər şey fikirləşilib ki, artıq köhnə bir şeyin sürətinin çıxarılması insanları təəccübləndirir.
Bu gün çinlilər şəhərlərin saxtasını düzəldirlər. Söhbət tematik istiqaməti olan parkdan, rayonda getmir. Avropadakı hər hansı şəhəri olduğu kimi öz ölkələrində yaradırlar, sanki sürətini çıxardırlar.
Exo-Taun buna bir misaldır. Onun prototipi YUNESKO-nun Ümumdünya Mədəni İrsi siyahısına daxil olan Avstriyanın Hallştat kəndidir.
Bir il öncə 3 min illik tarixi olan Alp dağlarının yaxınlığındakı Hallştat kəndi qeyri-qanuni yolla əkiz qardaş qazandı. Çinin Xueyçjou şəhərinin cənub əyalətində Qaundunda. Çinlilər Exo-Taun adlandırdıqları məkanda küçələri, evləri, ticarət meydançasını, göl kənarındakı Yevangelist kilsəsini və əlbəttə ki gölün özünün sürətini necə var çıxardıblar. Ancaq gölün həcmi orijinaldan 5 dəfə azdır. Amma əvəzində inşaatçıların planına əsasən, Exo-Taun Avstriya kəndindən böyük olmalı idi. Həmin kənddə 800 adam yaşayır. Lakin hələlik Çin Hallştatdakı ilk 450 evin 4-də üçü satılıb. Potensial müştərilər möhtəşəm əmlakı əldə etməyə və “Avstriya iddilliyasından” bir pay istifadə etməyə tələsmirlər. Evlərin qiyməti 240 -600 min avro arasındadır. Bu evlərin orta əsrlər prototipini Hallştatda daha ucuz almaq mümkündür.
Exo-Taun Çinin Minmetals mədənçıxarma sənayesi və metallurgiya korporasiysının övladı sayılır. Kompaniya bu layihəyəyə 700 milyon avro sərmayə yatırıb. Layihədə çalişan arxitektorlar Avstriyaya turist kimi gedərək Hallştatda gözlərinə nə dəyibsə çəkiblər.
Tikinti zamanı inşaatçılar perforatorun- deşikaçan, dəlici alətin köməyi ilə palma və bambuku məhv etdilər və onların yerində subtropik Avropa ağacları və kolları əkdilər. Hətta göyərçinlər də Çinə idxal etdilər.
Lakin inşaatçılar hələlik bir şeyin sürərini çıxara bilməyiblər. Əzəmətli Alp dağlarının qarlı zirvələrini. Bu zirvələrlə müqayisədə Quandunanın qəhvəyi təpələri kasıb görünür. Və əlbəttə ki, təmiz, sağlam Alp havasını Çinin bu əyalətinə gətirmək mümkünsüzdür.
Avstriyalılar inşaat haqqında eşidəndə çaşıb qaldılar və əksəriyyətdə narazılıq hissi vardı. Daha sonra isə Hallştatın meri Aleksandr Şoys Exo-Taunun açılışında iştirak etdi. Və beləliklə kin mərhəmət və şəfqətlə əvəzləndi. Tərəflər arasında mədəni mübadilə haqqında müqavilə imzalandı. Demə kənd sakinlərini bu kəndin sürətinin çıxarılması deyil, bunun üçün onlardan heç nə soruşulmaması narazı salıb. Indi onlar Çin kəndinə öz reklamları kimi yanaşırlar və hətta Asiyadan gələn turistlərin sayında əhəmiyyətli dönüş gözləyirlər.
Temza-Taun
Çinlilərin sürət çıxarma məharəti bununla bitmir. Belə ki, Şanxay yaxınlığında “İngilis” şəhərciyi mövcuddur. Bu hansısa ingilis şəhərinin dəqiq sürəti deyil, sadəcə burada hər şey İngiltərəni xatırladır: daş döşənmiş küçələr, qotik üslubda kilsə, qırmızı telefon budkaları, hətta Temzanı improvizə ediblər. Temza-Taun varlı çinlilər üçün məhəllə üslubunda inşa edilib və buradakı həyat “Avropada olduğu kimidir. Ancaq ingilis şəhərciyini əslinə tam uyğun saxlamaq mümkün olmayıb. London Black Cab Taxi TX4 taksisi Çin istehsalıdır.
Stounhenc
Bu abidə YUNESKO-nun Ümümdünya Mədəni İrsi siyahısında olan və sürəti çıxarılan növbəti abidəsidir. Əsl Stounhenc min ildir ki, İngiltərədə Uiltşir qraflığının peyzajını bəzəyir. Bu qədim meqalitin sürəti isə Çinin şərqində Anxoy əyalətində yeni tikintilərin yaxınlığındakı parkdadır.
Eyfel qülləsi
Eyfel qülləsi dünyada ən çox sürəti çıxarılan arxitektura abidəsidir. Əlbəttə ki, sürətçıxarma sayına görə, Çin liderdir. Tiandu-sitidəki oxşar abidə orijinaldan 3 dəfə alcaqdır. Onun hündürlüyü 108 metr, orginal isə 324 metrdir.
Mezon Laffit sarayı
XVII əsrdə Paris yaxınlığında inşa edilən bu sarayın eynisi Pekində tikilib. Pekindəki saray ən dəbdəbli otelin binasıdır. Onu tikən fransız şərabının pərəstişkarı, əmlak maqnatı Çjan Yuçen olub.
Kanal-Qrande
Kanal-Qrandenin orijinalı İtaliyada – Venesiyadadır. Çində isə çox milyonlu sənaye şəhəri Tyanszindədir. Venesiyadakı Kanal-Qrandenin uzunluğu 3800, eni 30-70, dərinliyi isə 5 metrdir. Kanalın sahili demək olar ki, yoxdur. Onu evlərin fasadı əvəzləyir. Adətən bu evlərin iki çıxışı olur, həm quruya, həm də suya. Venesiyadakı kanalın kənarında 100-ə yaxın saray var. Ona görə ona bəzən “Saray Kanalı” da deyirlər. Əlbəttə ki, Çindəki kanal belə möhtəşəm deyil və onun kənarlarını sadəcə evlər bəzəyir.
Kapitoli
ABŞ-dakı bu binada hökumət nümayəndələri üçün nəzərdə tutulub. Çindəki isə keçmiş paytaxt Nankində yerləşir.