Husi üsyançılarını dəstəklədiyi iddia edilən İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin açıqlamasından dərhal sonra İranın ölkəmizdəki səfiri Möhsün Pakayin ANS-ə eksklüziv müsahibə verib.
Səfir deyib ki, digər dövlətlərin daxili işlərinə qarışmamaq İran xarici siyasət prinsiplərindən biridir.
Cənab Pakayin Yəməndə baş verənləri pisləyərək, ölkəsinin münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu bildirib:
“Biz nəinki bu ölkənin işlərinə qarışırıq, eləcə də digər dövlətlərdən istəyirik ki, Yəmənin daxili siyasətinə müdaxilə etməsinlər. Qərb mətbuatının Husi və ya Huti adlandırdığı üsyançılar əslində Yəmənin vətəndaşlarıdır. Onlar demokratiya yolu ilə öz müqəddəratını həll etmək istəyirlər. İran Yəməndə baş verənləri yaxından izləyir və özünün bütün imkanlarından istifadə edərək bu böhranın danışıqlar və sülh yolu ilə həllinə çalışacaq”.