Yəmən prezidenti Əbd Rəbbo Mənsur Hadi Səudiyyə Ərəbistanının paytaxtı Ər Riyada gedib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Hadi Ər Riyadda keçiriləcək Ərəb Dövlətləri Liqasının sammitində iştirak etmək niyyətindədir.
Qeyd edək ki, ötən gecədən başlayaraq Səudiyyə Ərəbistanı və Fars körfəzinin bir neçə dövləti Yəməndəki şiə qiyamçılarına (husilər) qarşı hərbi əməliyyata başlayıb.