Yəmən prezidenti Abd Rabbu Mənsur Hadi Ərəb Ölkələri Liqasının sammitində iştirak etmək üçün Misirin Şərm-əş-Şeyx şəhərinə gəlib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, onu hava limanında Misirin prezidenti Abdel Fattah əs-Sisi qarşılayıb.
Ərəb Ölkələri Liqasının zirvə toplantısı martın 28-29 keçiriləcək. Məlum olduğu kimi, Ərəb Ölkələri Liqası Səudiyyə Ərəbistanının Yəmənə hərbi müdaxiləsini dəstəkləyib.