28 Mart 2015 10:20
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya prezidenti Bəşər Əsəd Amerika Birləşmiş Ştatları ilə açıq dialoq aparmağa hazır olduğunu deyib, lakin bu dialoqun qarşılıqlı hörmət əsasında aparılmasının vacibliyini vurğulayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözlərlə Əsəd ABŞ dövlət katibi Con Kerrinin “ABŞ Suriyadakı vətəndaş müharibəsinə son qoymağa vasitəçilik etmək üçün Suriya prezidenti ilə danışıqlar aparmalıdır” şərhini cavablandırıb.

O bildirib ki, bu, sadəcə bir bəyanatdır və ABŞ-ın Suriyadakı böhranla bağlı heç bir konkret addım atmayıb: “Hər bir dialoq müsbət bir haldır və biz Amerika Birləşmiş Ştatları da daxil olmaqla, hər bir kəslə qarşılıqlı hörmət əsasında dialoqa açığıq”.
Suriya lideri hazırda ABŞ və Suriya hökümətləri arasında heç bir danışıqların olmadığını deyib. Hər iki ölkə ötən il diplomatik münasibətləri dayandırıblar.

Samir


Müəllif:

Oxşar xəbərlər