28 Mart 2015 20:26
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmənin Ədən şəhərində silah anbarı partlayıb.

ANS PRESS-in İran mediasına istinadən məlumatına görə, dəhşətli partlayış Ədən limanı yaxınlığında baş verib.

Yəmən Səhiyyə Nazirliyi rəsmilərinin bildirdiyinə görə, partlayış baş verdiyi zaman bazada və onun ətrafında çoxlu insan olub. Nəticədə ən azı 9 nəfər həlak olub.

Bu partlayışlar nəticəsində ətrafdakı mənzillərin şüşələri qırılıb və yaxınlıqdakı binalar isə dağılıb.

Məlumata görə, bu məkanda SSRİ dövrünə aid çoxlu miqdarda silah-sursat saxlanılırmış və Yəməndə ara qarışandan sonra silah anbarının mühafizəçiləri oranı tərk edib.


Müəllif:

Oxşar xəbərlər