Martın 27-də valyuta bazarlarında dolların qiymətinin ötən günə nisbətən dəyişməsi dünya zənginləri siyahısında olan 15 rusiyalı milyarderdən 9-u üçün itki ilə nəticələnib.
"Bloomberg"in verdiyi xəbərə görə, bu dəyişiklik nəticəsində ayrılıqda Alişer Usmanovun 58,4 mln. dollar, Sergey Qalitskiyin 54,8 mln. dollar, Aleksey Mordaşovun 40,1 mln. dollar, Viktor Vekselberqin 33 mln. dollar, Vladimir Lisinin 32 mln. dollar və Dmitri Ribolovlevin 1,1 mln dollar, ümumilikdə isə 219,4 mln. dollar itirdikləri qeyd edilir.
Əslən azərbaycanlı olan Rusiya vətəndaşı Vahid Ələkbərovun da daxil olduğu digər 9 milyarder isə ümumilikdə 891,9 mln. dollar itirib.
Ümumi məbləğin 425,8 mln. dollarını təkcə Vladimir Potanin itirib ki, ondan sonra bu siyahıda 202,8 mln. dollar ziyana düşən "Lukoyl"un rəhbəri Vahid Ələkbərov gəlir.
Siyahıda növbəti yerləri 90,9 mln. dollarla Leonid Mexelson, 76,5 mln. dollarla Mixail Proxarov, 49,5 mln. dollarla Andrey Melniçenko, 31,5 mln. dollarla Oleq Deripaska, 9,5 mln. dollarla Roman Abramoviç, 3,5 mln. dollarla Mixail Fridman və 1,9 mln. dollarla German Xan bölüşdürür.
Ümumilikdə isə ötən gecə rusiyalı 6 milyarderin gəliri ilə 9 zənginin itirdikləri arasındakı nisbət onların ümumilikdə 672,5 mln. dollar ziyana düşdüyünü göstərir.