29 Mart 2015 01:17
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Ermənistan prezidentləri – Vladimir Putin və Serj Sərkisyanın aprelin 24-də İrəvanda baş tutacaq görüşündə Dağlıq Qarabağ məsələsi müzakirə ediləcək.

Musavat.com-un erməni informasiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Dövlət Dumasının Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Slutskiy Duma komissiyası ilə Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının birgə iclasında deyib.

“Qarabağ münaqişəsi incə və həssas məsələdir. Danışıqlar ATƏT-in Minsk Qrupu formatında və prezidentlərin üçtərəfli görüşləri formatında gedir. Keçən ilin avqustunda Soçidə Rusiya, Azərbaycan və Ermənistan başçılarının görüşündə bu məsələ olduqca dərindən müzakirə edilib. Əminəm ki, İrəvanda “soyqırımın” 100 illiyi ilə bağlı anım tədbirlərinə qatılacaq Vladimir Putinin öz erməni həmkarı ilə görüşündə bu problem eyni ciddiliklə müzakirə olunacaq” – əlavə edib komitə sədri./Musavat.com/


Müəllif:

Oxşar xəbərlər