Ukraynada korrupsiyada suçlananların girov müqabilində azadlığa buraxılması qadağan ediləcək.
Teleqraf.com-un Ukrayna KİV-ə istinadən xəbərinə görə, Ukrayna prezidenti Petro Poroşenko hesab edir ki, məhkəmələrin girov müqabilində korrupsiyada təqsirləndirilən şəxsləri azadlığa buraxması praktikasına son qoyulması vacibdir.
O, deyib ki, rüşvət alan, korrupsiyaya qurşananların girov müqabilində azadlığa buraxılmasına mövcud qanunvericilik icazə verir: "Lakin artıq biz bu imkanı aradan qaldırmalıyıq".
Nihad