29 Mart 2015 21:39
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tunisin paytaxtı Tunis şəhərində “Birlikdə terrora qalib gələcəyik” şüarı altında yürüş keçirilib.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, nümayiş iştirakçıları son günlər ölkə ərazisində çoxalan terror aktların dərhal dayandırılmasını tələb ediblər.

Yürüşə Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş, Fransa prezidenti Fransua Olland, Polşa prezidenti Bronislav Komorovsk, İtaliya prezidenti Matteo Renzi, Əlcəzair baş naziri Abdulməlik Sellal, Fransa Milli Məclisinin sədri Klod Bartolon və Mərakeş baş nazirinin müavini Əhməd et-Tuhami qatılıb.

Qeyd edək ki, martın 18-də Bardo muzeyinə edilən hücum zamanı 24 nəfər ölüb, 47-i isə yaralanıb. Öldürülənlərdən çox tursitdir.

Samir


Müəllif:

Oxşar xəbərlər