19 May 2014 12:19
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya rəsmiləri mənzilləri dağılan şəxslərdən üzr istəyib.

“Axar.az” xəbər verir ki, Şimali Koreya dövlətçilik tarixində bir ilkə imza atıb. Pyonqyanqda 23 mərtəbəli binanın çökməsi nəticəsində ölən yüzlərlə insana görə Ş. Koreya hökuməti xalqdan üzr istəyib. Qəzaya uğrayan binanın 92 mənzilindən bir nəfər də olsun sağ adam çıxmayıb və ümumilikdə 300 adamın öldüyü deyilir. Ölkənin əsas informasiya agentliyi olan KCNA qəza haqqında məlumat verməyib. Qeyri-rəsmi məlumatlara görə, faciə keyfiyyətsiz inşaat məhsullarından istifadə üzündən baş verib.

Hadisənin nəticələrinin aradan qaldırılması ilə bağlı Cənubi Koreya yardım edə biləcəyini bildirib. Xatırladaq ki, hadisə mayın 13-də baş verib və bu vaxta qədər gizli saxlanıb.


Müəllif: