19 May 2014 12:49
1 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ana müxalifəti partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) funksioneri Səbahət Akkiraz Soma faciəsi ilə əlaqədar deputat mandatından imtina edib.

Millət vəkili Səbahət Akkiraz faciəyə etiraz əlaməti olaraq bu addımı atdığını açıqlayıb.


O, istefası ilə bağlı CHP rəhbəri Kamal Kılıçdaroğlu ilə görüşərək qərar qəbul edib.


Qeyd edək ki, Manisa vilayətinin Soma şəhərindəki kömür mədənində baş vermiş partlayış nəticəsində 301 nəfər həlak olub və 486 işçi xəsarət alıb./azvizion.az/


Müəllif: