İtaliyada minlərlə insan etiraz aksiyası keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ən böyük etiraz nümayişi Turin şəhərində baş tutub. Narazı kütlə ifrat sağçı "Şimal Liqası"na qarşı şüarlar səsləndiriblər. Nümayişə nəqliyyat sektorunun işçiləri də qoşulub. Nəticədə şəhərdə hərəkət iflic olub.
Nümayiş zamanı polislə etirazçılar arasında toqquşma yaşanıb. Nümayişçilər polisə daş atıblar. Təhlükəsizlik qüvvələri isə narazı kütləni gözyaşardıcı qaz və dəyənəklərlə dağıtmağa çalışıblar. İnsident zamanı onlarla etirazçının yaralandığı bildirilib.
Polis 80 nəfərin saxlanıldığını açıqlayıb.
Samir