Rusiya İstintaq Komitəsi Boris Nemtsovun vətəndaş nikahı ilə yaşadığı keçmiş sevgilisi Yekatrina Odintsovu və oğlu Antonu dindirib.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, ölən siyasətçinin uşaqları kimi, Yekatrina da özünün zərərçəkən qismində tanınmasını istəyib.
"Hesab edirəm ki, həftənin axırına qədər Janna, Dina, Anton və Sofiya Nemtsovlar cinayət işi üzrə zərərçəkən kimi tanınacaqlar", - Boris Nemtsovun ailəsinin vəkili Vadim Proxorov bildirib.
Yekatrina Odintsova dindirilmədən sonra açıqlama verməkdən imtina edib.
Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də Moskvada qətlə yetirilib.
Nihad