31 Mart 2015 01:24
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) qarşısında atışmanın bəzi təffərufatları bəlli olub.

ANS PRESS-in məlumatına görə, MTA-ya hücüm edənlər qadın paltarında olublar. Həmin silahlı şəxslər hadisə yerinə avtomobildə gəliblər.

Merilend ştatının Fort Mid şəhərində yerləşən MTA binasının mühafizəçiləri binanın həyətinə girməyə cəhd edən avtomobilə atəş açıblar. Atışmada mühafizəcilərdən biri yaralanıb.

Daha sonra polis avtomobilin salonunda axtarış apararkən narkotik maddələr və silah da aşkarlayıb.

Qeyd edək ki, Vaşinqtonun yaxınlığında yerləşən MTA binasında təxminən 40 min insan işləyir. Son məlumatlara görə, Merilend ştatında MTA binasında atışma nəticəsində hücum edənlərdən biri öldürülüb, digəri isə yaralanıb.

Federal Təhqiqatlar Bürosunun nümayəndəsi Emi Torson bildirib ki, MTA binasına hücumun terrorla bağlılığı yoxdur.

Hazırda faktla bağlı araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər