Yunanıstan höküməti Qərbin Rusiyaya qarşı sanksiya siaysətinə qarşı çıxıb. Afinada hesab edirlər ki, sanksiyalar nəticə verməyəcək.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bunu Yunanıstanın baş naziri Aleksis Tsipras Moskvaya səfəri ərəfəsində bəyan edib: “Mən dialoq tərəfdarıyam, problemin həllini danışıqlar masası arxasında axtarmaq lazımdır”.
Ekspertlərin fikrincə, Afina bu məsələdə Moskvaya tərəfkeşlik etməklə, beynəlxalq kreditorlarla borcların ödənilməsi ilə bağlı danışıqlarda mövgeyini möhkəmlətmək istəyir. Onlar hesab edirlər ki, Avropa İttifaqı ilə mürəkkəb münasibətlər fonunda Rusiya yunan iqtisadiyyatına yardım göstərəcək mehriban investora çevrilə bilər.
Samir