Girov götürülən prokuror həlak oldu
İstanbulda terrorçular tərəfindən girov götürülən prokuror azad olunaraq xilas edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Publika.az-ın məlumatına görə, xilasetmə əməliyyatında ağır yaralanan prokuror xəsətxanada vöəfat edib.
Məlumatlara görə, terrorçular ona 5 güllə vurubmuş.
Türkiyə mətbuatı prokuror Səlim Kırazı şəhid kimi təqdim edib.
İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının üzvləri prokuroru iş otağında girov götürmüşdü. Girov götürülmüş prokuror Səlim Kiraz ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş Berkin Əlvanın ölümü ilə bağlı işi aparıb.