1 Aprel 2015 01:58
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Tikrit şəhəri İŞİD terrorçularından tamamilə azad edilib.


Publika.az-ın məlumatına görə, bu barədə İraqın baş naziri Heydər əl-Abadi bildirib. Onun sözlərinə görə, artıq şəhər İraq hökumət qüvvələrinin nəzarəti altındadır və ölkənin bayrağı Səlahəddin əyalətinin inzibati binasının üzərinə sancılıb.

Xatırladaq ki, İraqın hərbi qüvvələri martın 2-də İŞİD qruplaşmasının nəzarətində olan Tikrit şəhərinin ələ keçirilməsi uğrunda genişmiqyaslı hərbi əməliyyatlara başlamışdı. Paytaxt Bağdaddan şimalda yerləşən və İraqın edam edilmiş lideri Səddam Hüseynin vətəni olan Tikrit keçən ilin iyun ayında İŞİD-in əlinə keçmişdi.


Müəllif:

Oxşar xəbərlər