1 Aprel 2015 09:20
1 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran nüvə proqramı üzrə Lozannada danışıqlar bu gün də davam edəcək.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, tərəflər bəzi mühüm məsələlərin həllində ciddi anlaşılmazlığın olduğunu bildiriblər. Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf açıqlayıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə Lozannada bütün əsas suallar üzrə prinsipial razılaşmaya nail olunduğunu bəyan edib: “Artıq kifayət qədər əminliklə demək olar ki, bu problemin tərəfimizdən yekun nizamnaməsinin bütün əsas aspektləri ilə bağlı nazirlər səviyyəsində prinsipial razılıq əldə olunub. Bu razılıq yaxın saatlarda kağız üzərinə keçiriləcək”.

Samir


Müəllif:

Oxşar xəbərlər