1 Aprel 2015 12:46
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın "Denka Seiken" şirkəti və Hokkaydo Universitetinin alimləri tərəfindən hazırlanmış yeni preparat “Ebola” virusunu 15 dəqiqəyə aşkarlayır.

Trend-in “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bu preparat şirkətin qriplə bağlı başqa bir məhsulunun əsasında hazırlanıb. Preparatda olan diaqnostik qurğu ovcun içinə yerləşir, asanlıqla daşına bilir və elektrik enerjisi tələb etmir.

Hokkaydo Universitetinin Zoonoz İnfeksiyaların Tədqiqatı Mərkəzinin alimləri “Ebola” virusuna yoluxmuş meymunların qan zərdabı üzərində sözügedən preparatı uğurla sınaqdan keçiriblər. Yaxın günlərdə həmin preparat insan qanının zərdabı üzərində də yoxlanılacaq. Alimlər hesab edir ki, xəstəliyin tez aşkarlanması virusun yayılmasının qarşısını ala bilər.

Professor Ayato Takadu “Kiodo” agentliyinə bildirib ki, yeni preparatın geniş tətbiqinə mümkün qədər tez başlamaq üçün araşdırmalar davam etdirilir.


Müəllif:

Oxşar xəbərlər