Almaniyada poçt işçiləri də ayağa qalxıb. Onlar Pasxa bayramı ərəfəsində kütləvi tətilə başlayıblar.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, etiraz aksiyasına çağırışı "Verdi" həmkarlıq ittifaqı edib. Təşkilat poçt işçilərinin əmək haqlarının artırılması və yeni tarif sazişinin imzalanmasını istəyir. Tətil səbəbindən Leypsiq, Drezden və Hamburqda məktub və bağlamaların ünvanlara çatdırılması dayandırılıb.
Qeyd edək ki, "Verdi" həmkarlar ittifaqının çağırışı ilə "Amazon" şirkətinin Almaniyadakı 5 filialında da tətil davam etdirilir.
Samir