1 Aprel 2015 16:54
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türk Hava Yolları” aviaşirkətinin İstanbul-Lissabon reysi ilə uçan təyyarəsi göyərtədə partlayış təhlükəsinə görə aeroporta qayıdıb.

Bu barədə Trend “Milliyyət” qəzetinə istinadən məlumat verir.

Uçuş zamanı avialaynerin göyərtəsində partlayıcı qurğunun olması barədə məlumat əldə olunub.

Təyyarənin hava limanına qayıtmasından sonra bütün sərnişinlər təxliyə edilib və hazırda təyyarədə partlayıcı qurğunun axtarışı aparılır.

Qeyd edək ki, martın 30-da İstanbul-San Paulu reysini həyata keçirən təyyarə anonim zəngə əsasən göyərtədə bomba olması ehtimalına görə Mərakeşin Kasablanka şəhərinə təcili eniş etmişdi.

Martın 29-da isə İstanbul-Tokio reysini həyata keçirən təyyarənin yük bölməsində bomba olması ilə bağlı təcili yoxlama aparılmış, lakin heç bir partlayıcı qurğu aşkarlanmamışdı.


Müəllif:

Oxşar xəbərlər