Meksika körfəzində iri neft platformasında güclü yanğın baş verib.
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində azı 45 nəfər xəsarət alıb, 300-dək işçi təxliyə olunub.
Yanğından əvvəl platformada güclü partlayışın baş verdiyi bildirilir.
Yanğının söndürülməsinə 8 yanğınsöndürən gəmi cəlb olunub.
Hadisənin səbəbi hələlik məlum deyil.