2 Aprel 2015 11:17
1 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın payxtı Kiyevdə yerləşən banklardan birinin qarşısında partlayış baş verib.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Rəsmilər partlayışın gecə saatlarında baş verdiyini və bankın qapısı önünə yerləşdirilmiş partlayıcının vaxtından əvvəl işə düşdüyünü bildiriblər.

Hadisə zamanı banka ciddi ziyan dəyib.

Daha bir partlayış isə səhər saatlarında şəhərin Qarmathaya və Komarova küçələrinin kəsişməsində baş verib. Avtobus dayacağında baş verən hadisə zamanı ölən və ya xəsarət alanlarla bağlı məlumat verilmir.

Samir


Müəllif: