2 Aprel 2015 12:58
1 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikada furqonu ilə polisdən qaçmağa çalışan şəxsin cəhdləri uğursuzluqla bitib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ohayo ştatında baş verib. Qaydaları pozan sürücü polisin dayan “əmrinə” tabe olmayıb. Bundan sonra filmlərdəki kimi polislərin cinayətkarı qovalaması kadrları yaranıb.

Sonda polislər yol hərəkəti qaydalarını pozan şəxsi saxlamağı bacarıb. Hadisə zamanı polis avtomobillərindən biri divara çırpılıb.

Polis məmurlarının silah çəkib, pəncərəni sındıraraq avtomobildən çıxardığı şübhəli yüngül yaralandığı üçün xəstəxanaya aparılıb. Hadisə zamanı 3 polis məmuru yaralanıb.

Teleqraf.com həmin vidonu təqdim edir:

Rüstəm


Müəllif: