Yunanıstanın paytaxtı Afinada minlərlə təqaüdçü yürüş keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, onlar hökumətdən təqaüdlərinin böhrandan əvvəlki səviyyəyə qaytarılmasını, həmçinin əvvəlki hökumətin ləğv etdiyi 3 premiyadan birinin bərpa olunmasını istəyirlər. Yürüş iştirakçıları yeni hökumətin pensiya sistemində islahatlara davam edəcəyindən və təqaüdçülərin gəlirlərinin daha da azaldacağından ehtiyat edirlər.
Təqaüdçülər həmçinin hökumətin beynəlxalq valyuta fonduna borclarını ödəmək üçün pensiya və sığorta fondlarını boşaldacağından qorxurlar.
Bu arada, Yunanıstan parlamentinin qarşısında anarxistlər də etiraz aksiyası keçiriblər. Onlar aclıq aksiyası keçirən məhbuslarla həmrəyliyini nümayiş etdirərək, ciddi rejimli həbsxanaların bağlanmasını və terrorçu Savvas Ksirosun azadlığa buraxılmasını tələb ediblər. Nümayişçilərlə polislər arasında toqquşmalar yaşanıb. Yayılan məlumatlara görə, çoxsaylı aksiya iştirakçısı saxlanılaraq, polis idarəsinə aparılıb.
Samir