2 Aprel 2015 15:42
498

Çexiyanın paytaxtı Praqada minlərlə insan ABŞ qoşunlarının iştirak etdiyi hərbi karvanın şəhərə daxil olmasın etiraz olaraq keçirdikləri aksiyaları bu gün də davam etdiriblər.

Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, etirazçılar ABŞ qoşunlarının dərhal ölkədən çıxarılması tələbi qoyublar. Dövlət sektorunda çalışan bir sıra şəxsin də aksiyalara qoşulması ilə şəhərdə vəziyyət daha da gərginləşib.

Amerikalı əsgərlərin təhlükəsizliyini təmin etmək məqsədilə şəhərə əlavə polis və ordu birləşmələri gətirilib. Etirazçılar karvanın hərəkət edəcəyi yol istiqamətində yürüş təşkil etmək istəsələr də, polis buna imkan verməyib. Bundan sonra polislə etirazçılar arasında insident yaşanıb.

Təhlükəsizlik qüvvələri etirazçı kütləni dağıtmaq üçün gözyaşadıcı qaz və su şırnaqlarından istifadə etməyə məcbur olub. Şahidlər insident zamanı onlarla nümayişçinin həbs edildiyini bildiriblər. Çexiya rəsmilər verdiyi açıqlamada hərbi karvanın keçəcəyi ərazilərdə təhlükəsizliyin tam təmin olunduğunu və heç bir insidentin yaşanmayacağını bəyan ediblər.

Samir


Müəllif:
Загрузка...