2 Aprel 2015 19:04
1 608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmənin cənubundakı Ədən liman şəhərində prezident Əbdurəbbuh Mansur Hadiyə bağlı Müqavimət Komitəsi ilə devrilmiş dövlət başçısı Əli Abdullah Salehin tərəfdarları arasında qarşıdurmalar şiddətlənib.


Publika.az xarici mediaya istinadən xəbər verir ki, Əli Abdullah Salehə bağlı qüvvələrin dəstək verdiyi husilər şəhərin mərkəzində tanklarla irəliləyir.

Husilər Ədənin mərkəzində Der Sad, Hurmekser və Krater məhəllələrini ələ keçirib. Prezidentin tərəfdarları Little Ədən, Tovahi, Mualla və Siraya nəzarəti əlində saxlayır. Şəhərin mərkəzində fərqli nöqtələrdə davam edən qarşıdurmalarda həm husilər, həm də Müqavimət Komitələrinin tanklardan istifadə etdiyi deyilir.

Döyüşlərin şahidləri Ədən küçələrində çoxlu sayda cəsəd gördüklərini bildiriblər.

Hazırda husilərə qarşı ərəb koalisiyası hava əməliyyatları həyata keçirir. Koalisiyaya Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Sudan, İordaniya və Misir qatılıb.


Müəllif:

Oxşar xəbərlər