Suriya üsyançıları 24 saat davam edən döyüşlərdən sonra İordaniya ilə sərhəddə fəaliyyətdə olan yeganə keçid məntəqəsini ələ keçirib.
Publika.az-ın məlumatına görə, üsyançılar bundan əlavə şimal-qərb İdlib və cənub Busra Şam şəhərlərinin nəzarətini ələ keçirib. Suriyanın dövlət televiziyası ordu rəsmilərin istinadən xəbər verib ki, hökumət qüvvələri yenidən qruplaşmaqla məntəqənin geri alınması üçün yeni mövqelərə keçib.
Suriyanın Xarici İşlər Nazirliyi sərhəd məntəqəsindən hər bir keçidin qeyri-leqal hesab ediləcəyi barədə bəyanat yayıb.
Britaniyada yerləşən Suriyanın insan haqlarının müşahidəsi qrupu vertolyotların üsyançıların mövqelərini hədəf aldığını deyir.