19 May 2014 15:53
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusların həbs etdikləri ukraynalı jurnalist Sergey Şapaval azadlığa çıxdı.

ANS PRES-in məlumatına görə, üç həftə bundan əvvəl Donetskdə rus separatçıları tərəfindən həbs erdilən Volin Post dərgisinin jurnalisti Sergey Şapaval azad olunub.

Onu üç həftə ərzində Donetsk Vilayət Administrasiyasının binasında saxlanılıb. Azadlığa çıxandan dərhal sonra, işlədiyi redaksiyaya telefon açan Sergey Şapalov deyib ki, separatçılar tərəfindən həbsdə saxlandığı müddətdə ona işgəncələr verilib və izahatı alınıb.

Jurnalist daha sonra qeyd edib ki, onu bir neçə siyasətçinin müdaxiləsindən sonra azadlığa buraxıblar. Azadlığa çıxan jurnalist təyyarə dilə Donetskdən Kiyevə gətirilib.


Müəllif: