“İran nüvə silahına yiyələndiyi halda ölkəmizi qorumaq üçün bütün addımları atacayıq”.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bunu İsrail kəşfiyyat naziri Yuval Steinitz deyib.
Onun sözlərinə görə, İsrail hökuməti hərbi variantı da istisna etmir: “Bütün təhlükələri diplomatik yolla həll etməyə çalışacayıq. Əgər bu mümkün olmasa, hərbi variantı istisna etmirik. Biz İranın nüvə silahına sahib olmasına qarşıyıq. Bu ölkəmiz üçün açıq təhdiddir”.
Samir