“Germanwings” şirkətinin təyyarəsini bilərəkdən Alp dağlarında qəzaya uğradan ikinci pilotla bağlı yeni faktlar məlum olub.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, onun intihar üsullarını və təyyarə kabinəsi qapısının təhlükəsizlik kilidini əvvəlcədən öyrəndiyi bəlli olub.
Yayılan məlumatlara görə, qəzadan bir həftə əvvəl Andreas Lubitz öz planşet kompüterində bu istiqamətdə axtarış aparıb. Lubitzin internetdə apardığı axtarışların arasında “intihar yolları” və “kabinənin təhlükəsizlik qapıları və onların texniki xüsusiyyətləri” mövzuları olub.
Qeyd edək ki, bu gün təyyarənin ikinci qara qutusu da aşkar edilib.
Samir