4 Aprel 2015 08:52
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmənin Babəl-Məndəb boğazında yerləşən və Ənsarullah Hərəkatının (Husilər) nəzarətində olan Meyyun adasına qarşı koalisiya qüvvələri əməliyyat hazırlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ötən gün axşam saatlarında adaya bir neçə hava zərbəsi endirilsə də, husilər geri çəkilməyib. Bu üzdən Meyyuna qarşı daha genişmiqyaslı əməliyyat hazırlanır.

Qeyd edək ki, ölkədə mərkəzi hakimiyyətə qarşı çıxan İran meyilli husilərə qarşı ərəb dövlətləri bir həftədən artıqdır ki, əməliyyat aparır. Yəməndəki diplomatik korpuslar fəaliyyətlərini dayandırıb, xarici ölkə vətəndaşları təxliyyə olunub.

Ayxan


Müəllif:

Oxşar xəbərlər