Yəmənin Səna şəhərində olan 55 Türkiyə vətəndaşı təxliyə edilib.
Teleqraf.com “Anadolu” agenltiyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama verib. Bildirilir ki, türkiyəliləri daşıyan gəmi bu gün günorta Türkiyəyə çatıb. Təxliyə edilənlər yoxlanış üçün dərhal Ankara xəstəxanalarına çatdırılıb.
Nazirlik hazırda Yəməndə heç bir türk vətəndaşının qalmadığını qeyd edib.
Samir