3 Aprel 2015 22:25
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstintaq Kazanın “Admiral” ticarət mərkəzindəki yanğınla bağlı cinayət işi ilə əlaqədar “UK “AC Menecment” qapalı səhmdar cəmiyyətinin direktorlar şurasının sədri Aleksey Syomin barəsində axtarış elan edib. Bundan başqa, cinayət işi ilə bağlı 12 nəfər həbs olunub. Bu barədə Rusiyanın istintaq komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin məlumat verib.

AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, Vladimir Markin aprelin 3-də “UK “AC Menecment” qapalı səhmdar cəmiyyətinin (“Admiral” ticarət mərkəzinin binasının sahibi) Rusiya ərazisindəki 400-dən çox daşınmaz əmlakına və torpaq sahələrinə həbs qoyulduğunu da bildirib.

Bir qədər əvvəl özünü günahkar saymayan Syominin Fransada olduğu və müstəntiqlərlə görüşmək üçün Rusiyaya qayıtmyacağı deyilirdi.

Təhqiqat çərçivəsində “Zarya” MMC-nin direktoru Hüseyn Qəhrəmanov, onun müavinləri Gülhüseyn Nəcəfov və Nikolay Kayekinə qarşı cinayət işinin açıldığı da bildirilir.

Qeyd edək ki, martın 11-də Kazan şəhərindəki “Admiral” ticarət mərkəzində baş vermiş güclü yanğın nəticəsində 17 nəfər həlak olmuş, 2 nəfər isə itkin düşmüşdü.


Müəllif: