Tacikistanın şərqində baş vermiş torpaq sürüşməsi nəticəsində 10 nəfər ölüb.
APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Tacikistan FHN-nin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, 3 gün davam edən intensiv yağışlar nəticəsində baş vermiş torpaq sürüşməsinə dağətəyi kənd məruz qalıb.
“Təbii fəlakət Düşənbədən 75 km şərqdə yerləşən Fayzabad rayonunun Yakabedi qışlağında baş verib. Nəticədə 10 nəfər ölüb”, - deyə FHN nümayəndəsi bildirib. Onun sözlərinə görə, ölənlərin cəsədlərini aşkarlamaq mümkün olmayıb.
Torpaq sürüşməsi nəticəsində bir neçə evə ciddi ziyan dəyib. Hadisə yerinə xilasedicilər cəlb olunub.