Bu il iyunun 7-də Türkiyədə keçiriləcək parlament seçkilərində 53 765 231 seçici səs verəcək.
Bu barədə Trend Türkiyə Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir.
Məlumata görə, Türkiyədən kənarda seçicilərin sayı 2,9 milyon nəfər olacaq, 54 ölkədə 112 seçki məntəqəsi yaradılacaq.
Parlament seçkilərində 31 siyasi partiyanın nümayəndələri iştirak edəcəklər.