Keniyada bir neçə gün öncə Qarissa universitetinə edilən qanlı hücumda şübhəli bilinən 5 nəfər həbs edilib.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bu barədə Keniya Daxili İşlər Nazirliyi açıqlama verib. Yayılan məlumata görə, şübhəlilərin evlərində axtarışlar zamanı hücumda istifadə edilən silahlar aşkar edilib.
Həbsin təfərrüatları, həmçinin şübhəli şəxslərin şəxsiyyəti haqqında hələlik məlumat verilmir.
Qerd edək ki, terror aktı nəticəsində 147 nəfər həlak olub, daha 79-u isə yaralanıb.
Samir