4 Aprel 2015 21:10
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radasında qondarma erməni soyqrımı məsələsi müzakirə ediləcək.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, qanun layihəsi bu dəfə müstəqil deputat Vitali Barvinenko tərəfindən parlamentə təqdim olunub.

Parlamentdə 2530 nömrəli qanun layihəsinin tam mətni və əlavə məlumatlar Ukrayna Parlamentinin rəsmi saytında dərc olunub.

Barvinenko təqdim etdiyi layihədə 1922-ci ildə Osmanlı dövləti tərəfindən ermənilərin kütləvi şəkildə öldürüldüyü bildirərək, bunun aprelin 24-ü tarixində qəbul edilməsini istəyir.

Qeyd edək ki, daha əvvəl iqtidar və müxalifət partiyaları belə qanun layihəsi ilə çıxış etsələr də, parlament bu təklifləri rədd edib.

Samir


Müəllif:

Oxşar xəbərlər