İsarilin baş naziri Binyamin Netanyahu ABŞ hökumətinə arşı yeni tələb irəli sürüb.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, baş nazir ABŞ-ı İranın nüvə proqramı ilə bağlı Tehranla daha məqbul razılaşma əldə etməyə çağırıb.
"Hələlik, daha məbul razılaşmaya nail olunması üçün imkanlar var. İrana təzyiq edilməlidir ki, o, nüvə proqramından imtina etsin", - Netanyahu deyib.
Baş nazir deyib ki, İranın nüvə silahı ilə bağlı həm demokratlar, həm də respublikaçılarla müzakirələr aparıb və ABŞ qanunvericilərini Tehrana atom bombası yaratmağa imkan verməməyə inandırmaq fikrindədir.
Bundan əvvəl Netanyahu "altılar"ın Lozannada İranla əldə etdiyi razılaşmanı tənqid etmişdi. O, bildirmişdi ki, bu razılaşma İsrailin müdafiəsini təmin etmir.
Nihad