İsrail İrana hücum edə bilər.İsrailin müdafiə ordusunun general-mayoru, planlaşdırma idarəsinin rəisi Nimrod Şefer bildirib ki, İsrail liderləri "İrana münasibətdə bütün variantlar masanın üzərindədir" deyəndə məhz bunu nəzərdə tuturlar. Musavat.com xəbər verir ki, məlumatı "MİGnews" yayıb.
"Kimsə atom mobması hazırlayırsa və İsrailin mövcudluq hüququnun olmadığını bəyan edirsə, biz necə reaksiya bildirəcəyimiz barədə düşünməliyik", - general-mayor əlavə edib.
Nomrod Şefer İsrailin Amerikanın mvqeyinə zidd qəti addımları ata biləcəyi ilə bağlı suala belə cavab verib: "Söhbət bizim milli təhlükəsizliyimizdən gedirsə, bəli".
General-mayor bəyan edib ki, İsrail ABŞ-ın etirazlarına baxmayaraq, hərəkət etmək iqtidarındadır. Onun fikrincə, əsl müttəfiqlər söhbətin İsrailin dövlət təhlükəsizliyindən getdiyini anlamalıdırlar.