Fələstin İsrailin 3 ay əvvəl dayandırdığı, daha sonra isə yenidən ödəməyə qərar verdiyi yüz milyon dollarlıq vergi gəlirini rədd edib.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bu barədə Fələstin prezidenti Mahmud Abbas açıqlama verib. Onun sözlərinə görə, İsrail vergi gəlirin hamısını ödəməlidir, əks halda Fələstin Beynəlxalq Cəza Məhkəməsinə müraciət edəcək.
Qeyd edək ki, Fələstinin idxal və ixracdan əldə etdiyi aylıq 100 milyon dolları keçən vergi gəlirini İsrail toplayıb, müəyyən fasilələrlə Fələstin rəhbərliyinə ödəyib.
Samir