Türkiyənin Sivas bölgəsində yerləşən xəstəxanaya silahlı basqın olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, xəstəxana mühafizəçisi ilə aralarında yaranan mübahisədən sonra Əli D. Adlı şəxs evində gizlətdiyi “Makarov” tipli silahla xəstəxanaya qayıdıb. Əvvəlcə mühafizəçini ölümcül yaralayan Əli daha sonra xəstəxanaya daxil olub və buradakılara atəş açıb. Hadisə zamanı 2 nəfərin öldüyü, 5-nin isə yaralandığı bildirilib.
Baş verənlər isə təhlükəsizlik kamerasında əks olunub.
Teleqraf.com həmin görüntüləri təqdim edir:
Samir