Böyük Britaniyanın paytaxtı Londonda hökumət əleyhinə nümayiş keçirilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, aksiyalara üç mindən çox insan qatılıb. Etirazçılar hökümətə qarşı şüarlar səsləndiriblər. Onlar hökumətin hazırkı iqtisadi problemlərə qarşı islahatlar aparmasını tələb ediblər. Parlament binası önünə yürüş edən aksiya iştirakçıları ilə polis arasında toqquşmalar yaşanıb.
Polis aksiyanı dağıtmaq üçün su şırnaqları və dəyənəklərdən istifadə edib.
Samir