6 Aprel 2015 15:39
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Egey dənizi sahillərində göyərtəsində suriyalı qeyri-qanuni mühacirlər olan gəmi batıb.

Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, gəmidə 20-dən çox miqrant olub. Onlardan 4-ü ölüb, 9 nəfər xilas edilib.

Hazırda itkin düşən digər mühacirlərin axtarışı davam etdirilir.

Xatırladaq ki, yanvarın 19-da Türkiyənin cənub-qərbində 330 suriyalını İtaliyaya aparmağa çalışan Toqo bayrağı altında üzən balıqçı gəmisi saxlanılmışdı. Bundan başqa, qeyri-qanuni olaraq suriyalı mühacirləri İtaliyaya aparmaqla məşğul olan 4 Türkiyə vətəndaşı həbs edilmişdi.


Müəllif:

Oxşar xəbərlər