7 Aprel 2015 09:22
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Petro Poroşenko regionlara daha geniş siyasi səlahiyyətlərin verilib-verilməməsi üçün referenduma hazır olduğunu deyib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Poroşenko Ali Radada çıxışı zamanı açıqlama verib. Onun sözlərinə görə, ölkənin dövlət strukturu ilə bağlı referendum yalnız komissiya bunun zəruri olduğunu hesab etdiyi təqdirdə keçirilə bilər.

Bununla belə, Poroşenko bildirib ki, aparılan sorğulara əsasən, Ukrayna əhalisinin 90 faizi unitar modelə dəstək verir. O əlavə edib ki, ölkənin yeganə rəsmi dili Ukrayna dili olmalıdır və əhalinin üçdə iki hissəsi bunu dəstəkləyir.

Qeyd edək ki, rus separatçılar keçən ilin may ayında Ukraynanın şərqində Donetsk və Luqans bölgələrində “xalq respublikaları” elan etdikdən sonra ölkənin bu regionlarında referendum keçirib. Rəsmi Kiyev səsvermənin nəticələrini tanımayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər