Rusiyanın Krosnayarsk mədəniyyət naziri Yelena Paznikova istefa verib.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, yayılan məlumatlarda bunun 9 May Qələbə gününün 70 illik yubileyinə həsr edilmiş “Sibirin ən yaxşı şirniyyatçısı” müsabiqəsindəki tort qalmaqalına görə baş verdiyi bildirilib. Digər məlumatlarda isə nazirin həmin qalmaqalla bağlı heç bir bağlılığı olmadığı qeyd edilib.
Paznikova öz istəyi ilə istefa verib. Onun vəzifəsini müvəqqəti olaraq, birinci müavini Tatyana Veselin icra edəcək.
Qeyd edək ki, müsabiqədə hazırlanmış tortların üzərində yanmış əsgər məktubları, hərbi texnikanın paradı, yanmış uşaq meyiti maketləri hazırlanıb. Bu isə icmaiyyətin narazılığına səbəb olub. Narazı insanlar bunun bütün sərhədləri aşdığını və müharibədə ölən insanların ruhuna hörmətsizlik edildiyini bildiriblər.
Samir