İranın Sistan və Bəlucistan vilayətində 8 sərhəd keşikçisi əl qumbaraatanları ilə silahlanmış dəstə tərəfindən qətlə yetirilib.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, Pakistanla həmsərhəd olan İran vilayətinin qubernator müavininin sözlərinə görə hücum Nequr adlanan ərazidə baş verib.
Hücum əməliyyatından sonra silahlılar sərhədi əks istiqamətdə keçərək Bəlucistanın Pakistana aid olan ərazisində gizləniblər.
Rəsmilərə görə, Tehran silahlıların həbsini və İrana təslim olunmasını Pakistan tərəfindən tələb edib.
Samir