7 Aprel 2015 20:34
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəməndə son həftələrdə davam edən toqquşmalarda təxminən 540 adamın öldürülüb.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının (DST) sözçüsü Kristian Lindmeier açıqlama verib. Onun sözlərinə görə, döyüşlər zamanı ən azı 1700 nəfər də yaralanıb. BMT-nin Cenevrə Ofisində keçirilən mətbuat konfransında danışan Lindmeier hazırda bölgədə aclığın və xəstəliklərin hökm sürdüyünü deyib. O qeyd edib ki, öldürülənlərdən 74-ü azyaşlı olub.

Lindmeieryüz mindən çox insanın evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.

Samir


Müəllif: