7 Aprel 2015 17:06
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin paytaxtı Londonda islam əleyhinə ilk aksiya keçirilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, aksiyada 2 minə yaxın insan iştirak edib. Nümayiş zamanı etirazçılar irqi və ksenofob şüarlar səsləndiriblər.

Eyni zamanda şəhərin mərkəzi küçələrdən birində İslam tərəfdarları da nümayiş keçirib. Polis qruplar arasında toqquşmaları əngəlləmək üçün güc tətbiq etməli olub. Yaranmış isnident zamanı islam əleyhidarlarından bəziləri saxlanılıb.

Bu arada, Almaniyanın Drezden şəhərində də"Qərbin islamlaşmasına qarşı vətənpərvər avropalılar" (PEGİDA) tərəfdarlarının da etirazları davam edir. Təşkilat yaydığı bəyanatda gələn həftə təşkil edəcəyi mitinqdə 30 mindən çox insanın iştirak edəcəyini bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər